1.2. Ölçüləri götürür və şərti işarələrlə ifadə edir.
Ölçülərin götürülməsi
Ölçü qadın və uşaq bədənində donun və ya nazik köynəyin, kişilərdə ayaqqabısız, nazik geyimin üstündən ölçü lenti (dartılmadan) ilə aparılmalıdır. Bu zaman ölçünün düzgün alınması üçün dayaq nöqtəsi kimi (azacıq çəkilməklə) bel yerinə üfüqi vəziyyətdə adi lent bağlanır.
Ölçü götürüldükdə dairə - D; yarımdairə - Y; hündürlük - H; məsafə - M; Boy - B; uzunluq - U; enlilik - E; diametr - d hərfləri ilə işarə edilir.
Boy - B - başın təpə nöqtəsindən döşəməyə qədər (ayaqqabısız) ölçülür.
Boyun yarımdairəsi - Yboy (Şəkil 1.6) boyun nöqtəsindən (7-ci boyun fəqərə sümüyünün çıxıntısından) 0,5 sm yuxarıdan keçərək, yanda və qabaqda boyunun özül nöqtəsinə kip yatmaqla və lentin alt tərəfi körpü nöqtəsinə toxunmaqla boğaz çökəkliyində döş sümüyünün üstünə qədər ölçülür. Lentin alt tərəfindəki göstərici əsas götürülür.
Birinci döş yarımdairəsini - Y döş 1 (Şəkil 1.7) ölçərkən lent kürəyin üstünə qoyulur, üfüqi halda lentin üst tərəfi qoltuqaltının arxa qövsünə toxunmalı və qoltuqaltı boşluğundan keçməlidir. Lent qadınlarda büstün özül nöqtəsinin, kişilərdə isə döş nöqtəsinin ortasından keçirilərək döşün sağ tərəfində qapanır. Lentin üst tərəfində nişan qoyulur: qadınlarda büstün irəli çıxan nöqtəsində, kişilərdə döş nöqtəsində, fəqərə sütununda və kürəyin üstündə.
İkinci döş yarımdairəsini - Y döş 2 (Şəkil 1.8) ölçərkən lent kürəyin üstünə qoyulur, onun üst tərəfi üfüqi halda qoltuqaltına toxunmalı və boşluğundan müstəvi kəsiyinə çəpinə istiqamətdə keçməlidir. Sonra qadınlarda büstün qabarıq nöqtəsindən, kişilərdə