Hər bir mövsüm üçün müəyyən parça və fasonlar xarakterikdir.
- Model hansı yaş qrupu üçün nəzərdə tutulub?
- Modelin xüsusiyyətlərini və biçimini müəyyən etmək lazımdır.
- Modelin konstruktiv xüsusiyyətlərini aşkar etmək lazımdır. Dəqiqləşdirmək lazımdır ki, hansı əsas
ülgüdən istifadə ediləcək.
- Verilmiş model üçün hansı parçadan istifadə edilməsini müəyyən etmək lazımdır. Modeli yaradarkən hər
hansı bir parça nəzərdə tutulur.
- Modelə tətbiq olunmuş bəzəyi və bu bəzəyin yerinə yetirilməsi üsullarını müəyyən etmək lazımdır.
- Təyin etmək lazımdır ki, modelə hər hansı bir dəyişiklik gətirmək mümkündürmü ki, onun ümumi məzmunu
dəyişməsin. Yəni hərdən bədən xüsusiyyəti əlavə xətt və detalların qoyulmasını tələb edir.
Əvvəlcədən baxmaq lazımdır ki, bu dəyişiklik seçilmiş modelin əsas xətlərinə uyğun gələcəkmi?
Köməkçi xətlərin köçürülməsi - Hər bir model üçün uyğun fason xətləri və dekorativ
elementlər
xarakterikdir. Hər hansı bir jurnal şəklindən əsas ülgü üzərinə fason xətlərini köçürmək rahat olsun
deyə, bu şəkil üzərində əsasın baş xətlərinə uyğun (konstruktiv xətlərə) köməkçi xətlər çəkmək
lazımdır.
Modelin ön hissəsi üzərində köməkçi xətlər
- Ön hissənin orta xətti. Bu xətt yuxarıdan aşağıya bədənin ortasından keçir. Bu xəttin çəkilməsi üçün
yoxlama nöqtələri: boyun çuxuru, düymələr, kəmər üzərində toqqa, dekorativ bant, qatlama, yaxud
tikiş, əgər onlar orta xətt boyunca yerləşirsə. Ön hissənin orta xətti jurnaldakı şəkil üzərinə əl
ilə çəkilir.
- Döş xətti. Kiçik yaşlı uşaqlarda bu xəttin çəkilməsi yoxlama nöqtələrinin olmaması üzündən çətinlik
törədir. Adətən bu xətti qoltuqaltı çökək səviyyəsində yerləşdirirlər.
- Çiyin xətti. Fiquranın şəklini adətən yarı dönmüş vəziyyətdə təsvir edirlər. Şəkildə hansı tərəf
daha aydın görünürsə, köməkçi çiyin xəttini bu tərəf üzərində qururlar.
- Boyun xətti. Əvvəlcə köməkçi çiyin xətti ilə yaxalığın qat xəttini, yaxud boyunun əsası ilə kəsişmə
nöqtəsini tapmaq lazımdır. Kəsişmə nöqtəsindən döş xəttinə paralel xətt keçirilir.
- Bel xətti. Məktəbəqədər yaşlı uşaqlar üçün bel xətti qeyd olunmur. Bu xətt ciblərin ölçüsünü və
onların yerləşməsini təyin etmək üçün lazım olur. Döş xəttinə paralel çəkilir (döş xəttindən bel
xəttinə qədər olan məsafəyə bərabər).