Yaş qrupu | Yaşı | Ölçüsü |
Yasli yaşlı uşaqlar | 0,5-2,5 | 24-26 |
Məktəbəqədər uşaqlar | 2,6-6,9 | 28-30 |
Kiçik yaşlı məktəblilər | 7-11, 5 | 32-36 |
Böyük yaşlı uşaqlar | 11, 6-14,9 | 38-42 |
Yeniyetmələr | 15-18 | 44-46 |
Yaş qrupu | Yaşı |
Gənc yaşlı | 18-30 yaş |
Orta yaşlı | 30-45 yaş |
Yaşlı | 45 yaşdan böyük |
İnsan fiquru 3 göstərici ilə xarakterizə olunur: uzunluq, ölçü və köklük.
Uzunluq - insan fiqurunun başının üst hissəsindən ayağının altına qədər olan ölçüsüdür. İstehsalatda 5 əsas və 1 əlavə uzunluq qəbul edilmişdir.
Ölçü - döş yarımçevrəsinin qiyməti ilə xarakterizə olunur. Qadınlar üçün 44-58, kişilər üçün isə 44-68 ölçüdə geyimlər istehsal olunur.
Köklük - eyni ölçü ilə, lakin bel və çanaq yarımçevrələrinin müxtəlifliyi ilə xarakterizə olunur. Yaşa görə 3 köklük göstəricisi var.
Antropometrik ölçü göstəricilərinin adları
Geyimin konstruksiyası insan bədənindən bilavasitə alnmış ölçü göstəriciləri əsasında qurulur. Ölçünün dəqiq götürülməsi üçün şərti qəbul edilmiş əsas antropometrik nöqtələrin yerini bədəndə dəqiq bilmək lazımdır. Şəkil 1.5-də antropometrik nöqtələrin yerləşməsi göstərilmişdir.
Ölçməzdən öncə boyun ətrafındakı piy yığmı, kürək çıxıntısı, döş və çiyinlərin hündürlüyü, qolun doluluğu nəzərdən keçirilməlidir.