Bu tip fiquralara "V" yaxa, dekolte, paqonlu, koketkalı, döşdə ciblər, dayanıqlı yaxalıq , qatlanan yaxalıq köynək modelləri məsləhət görülür.
Bu tip fiqura üçün koketkalı köynəyin modelləşdirilməsinə baxaq (Şəkil 4.55).
Bu köynəyi modelləşdirmək üçün bədənə nisbətən yatımlı siluetdə əsas baza ülgüsü lazımdır.
Arxa hissə - çiyin qarsağı qol əyrisinə köçürülür.
Ön hissə - döş qarsağı müvəqqəti yan tikişə köçürülür (Şəkil 4.56).