Yeniyetmə oğlanlar üçün şalvar modeli
Yeniyetmələr üçün verilmiş şalvar modeli (Şəkil 4.39) əsas baza ülgüsü əsasında modelləşdirilir.
Əsas baza ülgüsü hazırlanır. Modelə görə şalvarın beli aşağı, oturacaq xətti aşağı, ön hissədə relyef tikişləri, cibləri var. Bağlama yeri düyməlidir. Əvvəlcə bel və oturacaq xətləri 3 sm aşağı sürüşdürülür (Şəkil 4.40). Baza ülgüsü, əsasən, klassik modelə uyğun gəldiyindən onun uzunluğu verilmiş model üçün uzundur. Bunun üçün şalvarın ətəyi 3-5 sm qısaldılır.