Əgər şalvarın qatı 1 ədəddirsə, onda ütü xətti 6 sm aralanır. Bu zaman qat 3 sm olacaq. Əgər modeldə 2 qat varsa, onda ütü xətti 12 sm aralanır. Şalvar beldən başlayaraq ətəyə qədər geniş modeldirsə, onda əsas ülgü ütü xətti boyu ətək xəttinə 2 mm qalana qədər kəsilir. Şəkil 4.38-də göstərildiyi kimi, ülgü kəsik xətdən aralanır və nəticədə, enli şalvar modeli alınır.