Başın hündürlüyü rəssamlar üçün kanon modulu götürülür. İnsan başının hündürlüyü yaşlı adamlarda daimi ölçü olub, orta hesabla 22 sm-ə bərabərdir. Başın hündürlüyü təpə sümüyündən çənənin altına qədər bütün bədəndə 8 dəfə yerləşir. Məsələn, yeni doğulmuş uşaqların başı bədənin uzunluğunun orta hesabla 25 %-ni, ayağı isə 33%-ni təşkil edir. Yaşlılarda isə baş bədənin uzunluğunun 14%-ni, ayağın uzunluğu isə 53 %-ni təşkil edir.
Bədənin şaquli xətt üzrə proporsional hissələrə ayrılması:
Əgər uca boylu qadın fiqurunu əsas götürsək, onda onu aşağıdakı kimi mütənasib hissələrə ayırmaq olar (Şəkil 1.2):
Boy
Çiyinlərin eni Belin eni Çanaq eni Qıç uzunluğu Pəncələrin eni Qolun uzunluğu (sallanmış halda) Baldırların eni Diz xəttinə qədərki məsafə Pəncənin hündürlüyü |
8 modul
2 modul 1 modul çiyinlərin enində 4 modul 1 modul budun yarısına qədər 1 modul qıçın uzunluğunun yarısı 1/3 modul |