Bütün antik heykəltəraşların qəbul etdiyi bu insan bədəninin proporsionallaşdırılması prinsipini bir əsas kimi götürüb inkişaf etdirən başqa antik heykəltəraş Lisipp olmuşdur. O, ölçü modulu qismində başın hündürlüyünü götürmüşdür. Onun variantına görə, baş boyun ölçüsündə 8 dəfə yerləşir. Özü də üz hissəsi bədənin 1/10 hissəsini, baş isə boyunla birlikdə bədənin bütün uzunluğunun 1/6 hissəsini təşkil edir (Şəkil 1.2.).