Aydındır ki, eskizin yaradılması məqsəd deyil - bu, yalnız yeni model üzərində işin qrafik mərhələsidir. Eskizin şərti "dilindən" istifadə etməklə tamamilə maraqsız olan kostyumu olduqca effekti formada çatdırmaq olar, ona görə də dizaynerin işini yalnız qrafik təsvirə əsasən başa çatmış hesab etmək olmaz. Dizaynerin ideyasının materialda layiqli təcəssümünün tapılması üçün çox mütəxəssislərin - konstruktorların, texnoloqların, dərzilərin və b. əməyi vacibdir (Şəkil 3.41). |
Şəkil 3.40. İşçi- eskiz texnikasıyla işlənmiş
illüstrasiya eskiz nümunəsi
|
Lakin bu səbəbə görə eskizin rolunu ikinci dərəcəli saymaq düzgün olmazdı. Qrafik işlərin yerinə yetirilməsi keyfiyyəti dizaynerin potensial istedadından, zövqündən və fantaziyasından aydın xəbər verir. Bəzi hallarda eskizlər elə obrazlı ifadəliliyə və bədii mədəniyyətə malik olurlar ki, mərhələ işindən qrafika əsərinə çevrilərək müstəqil dəyər kəsb edirlər.