İşçi eskizləri, sözsüz ki, xüsusi ifadəliliyi və bədiiliyilə seçilmirlər, amma onlar formanın konstruktiv xüsusiyyətləri, onun biçimi, proporsiyaları, ayrılmaları və detalları adətən nümunələri rəsmə əlavə olunan konkret materialların plastik xüsusiyyətləri ilə şərtlənmiş xətlərin plastikası haqqında qaneedici informasiya verir. Bundan əlavə, işçi eskizi məmulatın kompozisiya quruluşunu müəyyən edən dekorativ işləmənin yeri və xarakteri haqqında tam təsəvvür verir (Şəkil 3.39).
Obrazlı desək, işçi, yaxud konstruktiv eskiz - dizaynerin ideya niyyəti ilə konstruktorun, texnoloqun və digər bu ideyanı real məmulatda həyata keçirən mütəxəssislərin arasında körpüdür.
Bu cür eskizlərdə həm sifarişçi, həm də kostyumu texniki səviyyədə yaratmaq vəzifəsini yerinə yetirən konstruktor və texnoloq üçün zəruri informasiya olur. Görünür, işçi eskizi reallığı daha yaxın göstərən, eyni zamanda layihələndirilən məmulatın qaneedici qrafik versiyasıdır (Şəkil 3.40).