Bəzən işçi eskizlərində ayrı-ayrı konstruktiv düyünlərin və dekorativ işləmələrin, həmçinin parçaların kombinasiyalarının digər tikiş materialları və istifadə olunan furniturlarla dəqiqləşdirməklə izahedici mətnləri yerləşir. Geyimin həmişə insan fiqurunda təsvir edildiyi for-eskizdən və yaradıcı eskizlərdən fərqli olaraq, konstruktiv eskizdə məmulat, həm fiqurda, həm də onsuz xətti-konstruktiv şəkildə göstərilə bilər.
Konstruktiv eskizlər çox hallarda ağ-qara qələmlə, flamasterlə, yaxud tuşla yerinə yetirilir. Daha əyani görünmək üçün belə eskizləri işləyərkən rəngli xətləri, yaxud ləkələri də tətbiq etmək olar.