Təsvir edilən kostyumun bütün xüsusiyyətləri barədə mümkün qədər tam təsəvvür yaratmaq üçün işçi eskizində məmulat bir qayda olaraq müxtəlif rakurslarda - qabaq tərəfdən, arxa tərəfdən, bəzən də yandan görünüşü - göstərilir. Əgər modeldə hansısa mürəkkəb və orijinal detallar varsa, onlar konstruktiv eskizdə böyüdülmüş fraqmentlər şəklində göstərilir (Şəkil 3.38).