3.4. Eskizə tətbiq edilən qrafikanı müəyyən edir.
► İşçi eskizlərinə qoyulan tələblər
Dizayner yaratmaq istədiyi məmulatı əvvəlcə for-eskizdə, sonra isə yaradıcı eskizdə çəkərək müasir istehsal şəraitində bu ideyanın neçə real kostyuma çevrilməsini göstərməlidir (Şəkil 3.36).
Bu məqsədlə tamaşaçıya işlənmiş kostyum formasının kompozisiyasını, başlıca isə onun konstruktiv əsası haqqında tam təsəvvür yaradan işçi eskizini yerinə yetirməlidir. Konstruktiv sayılan eskizdə məmulatın sxemi - biçim xətləri və formanı quran bütün ayrılmalar ətraflı təsvir edilir. Bu eskiz həmişə nəzərdə tutulmuş formanın hazırlanacaq materiallarının plastikasına yönəlmiş olur (Şəkil 3.37).