Reklam qrafikası qrafik işlərin yekun növlərinə aiddir və məqsədi də layihələndirilən modeli, yaxud kolleksiyanı təbliğ etməkdir. Kostyumun dəblə olan formasının reklamı özündə plakatı, bukleti, jurnalı və s. ehtiva edir. Reklam məhsulu növlərinin hər biri kostyumun və mətnin təsvirindən ibarət model haqqında informasiyadan ibarətdir. Bu informasiya məqamlarının (mətn və şəkil) nisbəti reklam vərəqinin təyinatından asılıdır.
Plakat - bu, kostyumun forma ideyasının simvolik təsviridir. Onun məqsədi - tamaşaçının diqqətini cəlb etmək və o saat reklamın predmeti haqqında informasiya verməkdir. Belə bir məqsəd qrafik kompozisiyanı da şərtləndirir. Plakat çox zaman minimum mətnə malik olur, belə olduqda o asan oxunur və tez yadda qalır, bununla da tamaşaçıda konkret modelə maraq oyadır.
Modelin şəklinin qrafik manera ilə yerinə yetirilməsi də tamaşaçının diqqətini cəlb etməlidir. Plakatla kostyumun təsvir forması həmişə şəkil üzrə ümumiləşdirilir, siluetin, detalların və elementlərin işlənməsinə, rəngin çatdırılmasına görə lakonik olmalıdır (Şəkil 3.30, 3.31).