|
TƏLİM NƏTİCƏSİ 1Bədən quruluşlarının xüsusiyyətlərini bilir və
|
1.1. Bədən quruluşunun tiplərini təsvir edir.
► İnsan fiqurunun qurulması
Kostyum - insan bədəni ilə bilavasitə və qırılmaz əlaqədə olan həcmli məkan strukturudur. O, yalnız fiqurun əyninə geydirildikdə əhəmiyyət və xüsusiyyət kəsb edir. Ona görə də eskiz qrafikası praktikasında, demək olar ki, həmişə geyimi insan fiqurunda təsvir etmək qəbul olunub.
Bununla bağlı olaraq, lahiyələndirilmiş kostyumu eskizdə təsvir edən dizayner üçün insan bədənini, onun anatomik quruluşunun qanunauyğunluqlarını nəzərə almaqla düzgün çəkməyi öyrənmək vacibdir. Bu fəslin məzmunu məhz bu məsələyə həsr edilmişdir.
► İnsan fiqurunun proporsiya kanonları
İnsan bədənini müşahidə edən hər bir kəsdə bədənin proporsiyası və uyğunluğu fikri yaranır. Bütün müstəsna zəngin xüsusiyyətlərinə baxmayaraq, onun quruluşunda orta tipik cəhətləri, hisslərinin müəyyən qanunauyğunluqlarının proporsiyasını görmək olar. İnsan bədəninin proporsiyası deyərkən onun bütün vəznli ölçülərinin uyğunlaşdırılmış sistemi başa düşülür.
İnsan bədəninin proporsiyasının öyrənilməsi haqqında ən qədim məlumatlar Memfis şəhəri yaxınlığında yerləşən piramidadakı sərdabədə (e.ə. 3000 il) tapılmışdır. İnsan fiqurunun qurulmasının ilk kanonlarından birini qədim yunan heykəltəraşı Polklet təklif etmişdir. Bu kanona görə, modul vahid kimi qəbul edilmiş insan başının ölçüsü bütün bədənin uzunluğunun 1/8 hissəsini təşkil edir (Şəkil 1.1).