Böyük formatda kompozisiya yalnız böyüdülmüş şəkildə verilməməlidir, müxtəlif variantda dəyişməlidir. İfadəliliyi saxlamaq üçün eskiz kağızının kompozisiyası yenidən düşünülməlidir. For-eskizlər üçün xarakterik olan axıra kimi deyilməmiş fikir formaya hər bir eyham yaradıcı eskizlər üçün yolverilməzdir. Lakin bu zaman kostyum formasının kompozisiyası ideyası eynilə qalır (Şəkil 3.27).
Bədii eskiz bir qayda olaraq, yalnız kostyumun özünü deyil, həmçinin onu üstündə daşımaq manerasını, eləcə də geyim obrazını tamamlayan zəruri aksessuarları: baş geyimləri, şərf, ayaqqabı, əlcəklər, çantaları və kostyumun ümumi kompozisiyasına daxil olan digər əlavələri əks etdirir.
For-eskiz yuxarıda qeyd edildiyi kimi, həmişə materialda kostyum üzərində işdən əvvəl gəlir və geyimin bədii layihələndirilməsində birinci mərhələdir. Yaradıcı eskiz isə adətən məmulatların hazırlanmasının yekunlarına görə yerinə yetirilir. O, yeni şəraitlərin, konkret tikiş materialları ilə işləyərkən üzə çıxa bilən bütün faktorların nəticəsidir. Axı çox zaman ondan kostyum forması yaradarkən materialın necə olacağını axıra kimi nəzərə almaq olmur (Şəkil 3.28).