Yaradıcı eskiz elə bir təfsilatlı rəsmdir ki, burada rəssam bütün formayaradan xətlərin xarakterik və plastikasını həll edir - siluet, konstruktiv, dekorativ.
Bunda əlavə, bu eskizlər də formanın konstruksiyasını, ümumi rəng həllini, modelin funksional istiqamətini (ziyafət geyimi, gündəlik, istirahət geyimi) nəzərdə tutur. Başqa sözlə, yaradıcı eskiz kostyumun bütün formalarının təzahürləri barədə tam informasiyanı özündə daşıyır. Belə halda o, kifayət dərəcədə bədii ifadəliliyə malik olmalıdır, çünki yalnız belə olduqda dizaynerin niyyəti tamaşaçıya çatar, onu özünə cəlb edə bilər.
Beləliklə, yaradıcı eskiz rəssamın canlı fikrinin for-eskizdə ifadəsini tapan duyğularının bir növ maddiləşməsidir. Yaradıcı eskizlər for-eskizdən fərqli olaraq, iri formalı kağızda və ya