Bu gün Paris və dünya podiumlarında eyni zamanda ən nazik ipək və kobud pambıq kətan, təbii bahalı dəri və "sürtülmüş" cinslər, əcaib rəsmli parça və ciddi ingilis tvidi geymiş modelləri görmək mümkündür (Şəkil 3.24).
Dəb artıq ciddi qaydalar və üsullar diktə etmir, hər kəsə adi şeylərin yeni obrazda təzahürü üçün axtarışlar, cəsarətli eksperimentlər aparmağı təklif edir. Dizaynerlərin işləyib hazırladıqları dəbli meylləri bu gün insana imkan verir ki, kostyum vasitəsilə öz fərdiliyini ifadə etsin, ona daha çox yaraşanı seçsin, bununla da zahiri ləyaqətini nəzərə çarpdırsın və xarakterinin təkrarsız xüsusiyyətlərini açıb göstərsin (Şəkil 3.25). ► Yaradıcı eskizlər və reklam qrafikası Yeni kostyum formasının lahiyələndirilməsində qrafik iş həmişə for-eskizin işlənməsindən başlayır. Dizaynerlərin ilkin ideyalarının sonrakı inkişafı və dəqiqləşdirilməsi yaradıcı, yaxud bədii eskizdə baş verir. Yaradıcı eskizin təyinatı təkcə müəllifin əsas fikrinin ifadə edilməsindən ibarət deyil, həmçinin onun fikrinin konkret materialda təcəssüm tapması, layihələndirilmiş geyimin insanda necə oturması barədə ətraflı danışmaqdır. |