İstənilən halda kollajı əsas eskiz texnikası kimi, həmçinin onun yerinə yetirilməsi vasitəsi seçilərkən həmişə eskizin təyinatı və təsvir edilən kostyumun kompozisiyasının xarakteri nəzərə alınmalıdır (Şəkil 3.20)
Bəzən kollaj xalis şəkildə deyil, digər eskiz texnikaları ilə əlaqədə istifadə olunur. Məsələn, rəsm flamaster, yaxud pero ilə, tuşla işlənə bilər, iri ləkələri isə bilavasitə rəngli kağızla yapışdırılmalıdır, digərlərini isə kağız, yaxud başqa materialların tikələri ilə yapışdırmaq olar (Şəkil 3.21, 3.22).