Bundan əlavə, kollajlar olduqca effektli görünür və xüsusi ifadəliliyə malikdirlər. Kollajlarda müxtəlif parçaların, xəzin, dərinin və s. qırıqlarını tətbiq etməklə təsvir edilən kostyumun maddiliyini çox dəqiq vermək mümkündür.
Kollajlar müxtəlif vasitələrlə yerinə yetirilir. Müxtəlif material tikələrinin təsviri müstəvisinə formanın elementlərini əvvəlcədən kağızda çəkmədən kəsib yapışdırmaq olar. Belə halda daha ümumiləşdirilmiş və şərti təsvirlər alınır. Bəzi hallarda eskizə belə münasibət yerinə düşür.
Lakin daha dəqiq və ətraflı təsvir yaratmaq lazım gələrsə, əvvəlcə rəsmi kağızda qələmlə yerinə yetirmək, sonra isə onu ardıcıl olaraq lazımı formada və rəngdə tikələrlə yapışdırmaq lazımdır. Bu yolla olduqca rəngarəng və detallarınadək işlənmiş eskizlər almaq olar.