Kollajın ifadə təsvir vasitəsi kimi öz xarakterik xüsusiyyətləri var. Birincisi, kollaj texnikası ilə işlənmiş rəsm bir qayda olaraq, kifayət qədər ümumiləşmiş və şərti bir şeydir. Bu, onunla bağlıdır ki, təsvir müxtəlif rəngli ləkələrin, forma və ölçülərin nisbəti hesabına qurulur. Xətt burada müstəqil əhəmiyyət kəsb etmir, o yalnız ləkələrin sərhədidir, halbuki məhz xətt formanın dəqiq və ətraflı çəkilməsinə imkan verir. İkinci, belə eskizdə formanın xırda detallarını, həmçinin təsvir edilən kostyumun konstruktiv xüsusiyyətlərini göstərmək çətindir, çox vaxt da mümkün deyil. Üçüncü, təsvir həmişə, xüsusilə bircinsli rənglənmiş materiallardan düzəldildikdə müstəvi xarakterinə malik olur. Beləliklə, kollaj üsullarından istifadə etməklə formanın ümumi proporsiyaları və hissələrə ayrılması, kompozisiyanın rəng və tonal münasibətləri təsvir edilmiş kostyumun obrazı barədə tam məmulatın konstruktiv xüsusiyyətləri, onun detalları və xırda elementləri barədə informasiya verir. Kollajın məhdud təsvir imkanlarına baxmayaraq, belə eskizləndirmənin texnikası müəyyən üstünlüklərə malikdir. Onlar xüsusilə yenicə rəssamlığa başlayanlar üçün faydalıdır, çünki |
Şəkil 3.18. Kollaj
texnikasında işlənmiş
geyim eskiz nümunəsi
|