Formal eksperiment olmaqla kollaj boyakarlıq və qrafikaya təsviri sənətdəki modernist cərəyanların rəssamları - kubizmin, sürrealizmin, pop-artın tərəfdarları tərəfindən daxil edilmişdir. Məsələn, ispan sürrealist rəssamı Xuan Miro əsərlərində kompozisiyasını parçanın, yaxud ipin bir tikəsi ilə tamamlayırdı. Digər ispan rəssamı Pablo Pikasso özünün kubizm dövrü rəsmlərində həm yağlı boyalardan, həm də jurnal, qəzet kəsiklərindən istifadə edirdi.
Kollaj texnikasından kostyumun eskizləndirilməsində də uğurla istifadə etmək olar. Belə halda təsviri müstəviyə ən müxtəlif materiallar yapışdırmaq olar. Bunlar çox zaman müxtəlif növ kağızlar olur: rəngli bircinsli rənglənmiş, poliqrafik metodla yaradılmış kağız, yəni qəzet və jurnallardan kəsilmiş tikələr, həmçinin akvarel və quaşla rənglənmə yolu ilə adi ağ kağız. Kağızdan əlavə eskizə zərvərəq, parça, dəri, xəz və s. yapışdırmaq olar (Şəkil 3.17).