Modelin eskizinin hazırlanması
"Modelin eskizinin hazırlanması" modulunun spesifikasiyası
Modulun adı: Modelin eskizinin hazırlanması
Modulun ümumi məqsədi: Bu modul tamamladıqdan sonra tələbə müxtəlif formada insan
fiqurlarını təsvir etməyi biləcək, fiqurlara uyğun eskiz qurmağı, eskizin rəng həllini bacaracaqdır.
Təlim nəticəsi 1: Bədən quruluşlarının xüsusiyyətlərini bilir və qurmağı bacarır.
Qiymətləndirmə meyarları.
1.
Bədən quruluşunun tiplərini təsvir edir.
2.
Bədən quruluşunun proporsiyalarını müəyyən edir.
3.
İnsan fiqurunu çəkir.
4.
Müxtəlif insan fiqurlarını təsvir edir.
Təlim nəticəsi 2: Eskiz xətlərini bilir və onları çəkməyi bacarır.
Qiymətləndirmə meyarları.
1.
Statik formalı insan fiqurunu eskizdə təsvir edir.
2.
Müxtəlif formada geyimlərin eskizini çəkir.
3.
Modeldəki müxtəlif konstruktiv dekorativ xətləri təsvir edir.
4.
Milli geyimlərin eskizini hazırlayır
Təlim nəticəsi 3: Eskizin rəng həllini bilir və tətbiq etməyi bacarır.
Qiymətləndirmə meyarları.
1.
Rəng növlərini təsnif edir.
2.
Rəng çalarlarını eskizdə təsvir edir.
3.
Dekor aksessuarlarının rənginin düzgün seçilməsini izah edir.
4.
Eskizə tətbiq edilən qrafikanı müəyyən edir.