məqsədəuyğun və münasib deyil. Onu da qeyd etmək
lazımdır ki, pulverizatorun, yaxud
poralon tamponun köməkliyi ilə
parçanın şəffaflığı effekti yaxşı
verilir.
Boyalarla iş zamanı müxtəlif üsullardan bacarıqla istifadə orijinal və ifadəli eskiz nəticələrinə nail olunmasına, həmçinin predmetlərin maddiliyinin xəyali çatdırılmasına kömək edir. ► Kollaj Kostyumun çox maraqlı eskizlərini ənənəvi olaraq tuşsuz, qələmsiz, flamastersiz, boyasız da işləmək olar. Belə halda müxtəlif fakturaları olan rəngli kağızdan, kartondan, parça qırıntılarından və başqa materiallardan etmək mümkündür. Təsvirin bu cür üsulu kollaj adlanır. Bu söz mənşəcə fransız sözü olub, hərfən "yapışdırmaq" deməkdir. Təsviri sənətdə üsulun özü hansısa müstəviyə birbirindən rənginə və fakturasına görə fərqlənən materialların qırıntıları yapışdırılanda və bu üsulla işlənmiş əsər kollaj adlanır. |
Şəkil 3.15. Pulverizator texnikasıyla çəkilmiş
geyim eskiz nümunəsi
|
Kollaj müasir təsviri sənətdə çox yayılmışdır. Müxtəlif materialların nisbəti gözlənilməz effektlər yaradır və kompozisiyanın emosional səslənməsini gücləndirir (Şəkil 3.16].