Şpatellə iş - bu, quaş və tempera boyaları ilə işin sadə və müasir üsuldur. 0, lazımi nəticəni tez əldə etməyə və təsvir edilən predmetlərin əsas formalarının göstərilməsinə kömək edir. Şpatel kiçik metal kürəkciyə bənzərdir. Onlar böyük olmur və daha kiçik detalları işləmək üçün əyilgəndir, onlardan bəzisi möhkəm olur, boyalarla iri rəng sahələrini işləmək üçün əsl şpatel olmadıqda onu arzu edilən endə karton zolağı ilə əvəz etmək olar(şpatelin enindən yaxmanın eni asılıdır). Boya palitrada, yaxud şüşə üzərində qarışdırılır, şpatellə yığılır və sonra kağıza və ya kartona sürtülür. Şpatelin bütün eninə bircinsli boya yığmaq olar, yaxud da onun müxtəlif sahələri ilə müxtəlif rəngləri götürmək olar. |
Şəkil 3.13. Monotipiya texnikasıyla
işlənmiş geyim eskiz nümunəsi
|
Pulverizatorla iş - bu üsul çox maraqlı effektlər verir və böyük formatlı eskizin işlənilməsində tətbiq edilə bilər. Texniki cəhətdən o, çox sadədir: su ilə bərk qarışdırılmış boya (bu, akvarel, quaş, yaxud tempera da ola bilər) sıçradan qaba (pulverizatora) tökülür və kağıza sıçradılır (Şəkil 3.14).
Əgər eskizin bir hissəsini trafaretlər - kartondan kəsilmiş formalarla, yaxud hansısa predmetlərlə örtülübsə, onda, təbii ki, örtülmüş kağıza boya düşmür və kağızın rəngi, ya da əvvəllər vurulmuş qatın rəngi saxlanılır. Yeni qat boyaların vurulması dərin effektlilik əldə etməyə kömək edir. Pulverizatorla vurulan boyah qat şəffaf, yüngül, daha sıx, örtücü ola bilər. Lakin bu zaman unudulmamalıdır ki, daha tünd boyalar axırda sıçradılır (Şəkil 3.15). Buna bənzər effekti bu üsulla da almaq olar: boya pulverizatorla deyil, poralon tamponla vurulur. Sonuncu variant adətən eskizləri böyük olmayan formadı kağız üzərində işləyərkən tətbiq edilir, çünki kiçik formatlı kağızlarda pulverizatordan istifadə |
Şəkil 3.14. Pulverizator texnikasıyla
çəkilmiş geyim eskiz nümunəsi
|