Birincisi, boyaların tərkibinə daxil olan ağ boyaqlar rəng ləkələri quruyan zaman güclü parıldayırlar. İkincisi, quaş kağız üzərinə bir qatla qoyulur, çünki ikinci qat qoyulduqda birinci "yuyulmağa" başlayır və tamaşaçıda kirli rəng hissi oyadır.
Quaş qeyri-şəffaf və həmişə bir qatla qoyulduğundan, belə texnikada boyaların yalnız mexaniki qarışdırılması mümkündür.
Quaşla işləyərkən akvarel fırçalardan istifadə etmək olar, lakin ən yaxşısı sintetik tüklü xüsusi fırçalardır. Kağızın seçilməsinə də müəyyən tələblər qoyulur - o, nəmliyi özünə tez hopdurmalıdır, yoxsa rəng ləkəsi quruyarkən onun üzərində xoşagəlməz ləkə əmələ gəlir. Quaş texnikası ilə eskizləri işləyərkən kartondan istifadə daha məsləhətdir (Şəkil 3.9).