Quaş - italyanca "quazzo" sözündən "sulu boya" mənasını verir. 0, nazik ovxalanmış rəngli piqmentdən ibarətdir, buna suyapışqanlı (qummi - arabik, buğda kraxmalı, dekstrin və s.) və ağ rəngin qarışığı əlavə edilir.
İlk dəfə quaş akvarelin müxtəlif növlərindən biri kimi meydana gəlmiş, lakin sonralar rəng məsaməsinin sıxlığı üçün ağ rəng əlavə etməyə başlamışlar. Akvareldən fərqli olaraq, quaşla şəffaf işləmək alınmır - rəng kağıza sıx ləkə ilə qoyulur.
Quaşın bir neçə xarakterik xüsusiyyətləri var və fəaliyyətinə yenicə başlayan rəssamın bunları bilməsi vacibdir.