Modelin eskizinin hazırlanması
Şəkil 3.7. Akvarel (sulu boya) ilə çəkilmiş geyim eskiz nümunəsi
Akvareldə müxtəlif rənglərin və çalarların alınması iki üsulla əldə edilir:
- Mexaniki - palitrada müxtəlif rənglərin koller formasında ilkin qarışdırılması
yolu ilə (Şəkil 3.10).
- Optik - yeni çaların əmələ gəlməsi ilə şəffaf rəng ləkələri qatlarla bir-birlərinin
üstünə düşürlər. Bu üsul lessirovka adlanır, yəni şəklin bozarmış yerlərinin
təzələnməsi (Şəkil 3.8).
Eskiz qrafikasında akvarel çox zaman tuş və pero ilə çəkilmiş rəsmlərlə
əlaqələndirilərək elə özünəməxsus rəng astarı yaradır ki, bunun üzərində şəkil dəqiq və
aydın çəkilir.