Hörmətli oxucu!
Geyim bir çox praktiki və qoruyucu funksiyalarını həyata keçirməklə həyatımıza qatılmış və daima inkişaf etməkdədir. Dəb isə bədəni örtməyin xüsusi bir növüdür.
Dəb sosial qrup üzvlərinin böyük əksəriyyəti tərəfindən müvəqqəti olaraq mənimsənmiş, zamana və vəziyyətə görə sosial cəhətdən əlverişli hesab edilən bir davranış tərzi kimi təsvir olunmuşdur. Dəb sözü geyimlərin müəyyən bir dövrə uyğun görünüşü və bu görünüşə uyğun modellər barədə fikirləri izah edir.
Dəb insanların yeniliklər axtarmaq və yeni formaları ortaya qoymaqdan ibarətdir. Dəb zaman kəsiyində cəmiyyətin həyatına girən müvəqqəti bir yenilikdir.
Günümüzdə modanın istehlak çarxı çox geniş bir sahəni əhatə edir. Ancaq bu istehlak sahəsi içində, şübhəsiz, moda təbiətini ən yaxşı təsvir edən və modanı gerçək bir sənaye halına gətirən vahid geyimdir.
Geyim erkən dövrlərdə ətraf mühitdən qorunma ehtiyacını ödəyirdisə, sonralar paltar formasına çevrildi və daha sonra "fərqli olma" anlayışı ilə sosial təsirlərlə formalaşdı.
Bildiyimiz kimi moda dedikdə geyim başa düşülür. Geyim hər zaman dəyişərək müxtəlif formalarda inkişaf edir. Geyim özlüyündə fərdi xüsusiyyət daşıyır. Hər bir şəxs öz büdcəsinə, görünüşünə, zövqünə uyğun geyimlər seçir. Geyim insanın həyat tərzini, xarakterini, estetik zövqünü göstərir.
Təqdim edilən modulda dizaynın istiqamətlərini, onun formaları ilə daha yaxından tanış olacaqsınız.