Diametrin oturacaqlarında yerləşən iki rəng, yəni bir-birindən daha uzaqda yerləşən əlavə kontrast rənglər adlanırlar (Şəkil 3.2). Bu rəng cütlükləri harmonik uzlaşma əmələ gətirirlər. Heç bir qohumluq dərəcəsi onları bağlamır, onlar qütb keyfiyyətlərinə malikdirlər, buna görə də onların uzlaşması yüksək fəallığa və gərginliyə malikdir. Bu, gərginliyi şərtləndirən qonşuluq şəraitində bir-birlərinin ahəngini gücləndirən əlavə rənglərdir (Şəkil 3.3-3.5).
Əlavə kontrast rənglər cütlüyünün uzlaşmasını rənglərin kompozisiyasına kölgə, yaxud axromatik rənglərin əlavə edilməsi hesabına zənginləşdirmək mümkündür.
Rənglərin uzlaşmasının harmoniyası məsələsini bu və ya digər tarixi dövrdə təşəkkül tapmış estetik görüşlərindən ayrı nəzərdən keçirmək mümkün deyil. Zaman keçdikcə insanın gözəllik və təkmillləşmə haqqında təsəvvürləri də dəyişir. Yuxarıda şərh edilmiş rəng harmoniyalarının qurulması sistemi obyektivdir və bunlar həm təcrübəli, həm də yenicə fəaliyyətə başlayan dizaynerlər istifadə edə bilərlər.
Belə halda bədii praktikada rənglərin uzlaşmasını qiymətləndirərkən mühüm meyar onların tamaşaçıda hissi yaşantılar oyatmağa qabil emosional ifadəliliyidir.
► Rənglərin qavranılması xüsusiyyətləri
Hər bir tətbiqi sənət əsəri insanın ruhi vəziyyətinə, onun fikirlərinin xarakterinə, iş qabiliyyətinin səviyyəsinə təsir göstərən rəng mühiti formalaşdırır. Rəng məkanı təşkil edən və tamaşaçıda fəal emosional reaksiya oyatmağa qabil aparıcı başlanğıcdır.