Modelin eskizinin hazırlanması
- Kütbucaqlı üçbucaqlının təpəsində yerləşən üç rəng. Burada kütbucağın
zirvəsi əsas rəng, əks tərəfi ciddi şaquli, yaxud üfüqi xordadır.
- Düzbucaqlı üçbucaqlının təpəsində yerləşən üç rəng. Bu düzbucaqlının
hipotenuzası - rəng çevrəsinin diametri, katetləri isə şaquli və üfüqi
xordalardır.
Şəkil 3.2. Rəng qrafikası sxemi
- Bərabərtərəfli üçbucaqlının təpəsində yerləşən üç rəng. Bu üçbucaqlının
təpələrindən biri əsas rəng, əks tərəfi şaquli, yaxud üfüqi xordadır; görmək
çətin deyil ki, rəng çevrəsində əsas rənglərin rəqəmlərinə görə bu cür cəmi
dörd üçbucaqlı mövcuddur.
- Düzbucaqlının, yaxud kvadratın təpəsində yerləşən dörd rəng. Həm
düzbucaqlının, həm də kvadratın bütün tərəfləri şaquli, yaxud üfüqi xordadır.
Qohum-kontrast rənglərin harmonik uzlaşması rənglərə axromatik, yaxud kölgə
rənglərinin əlavə edilməsi sayəsində xeyli zənginləşir (Şəkil 3.3-3.5).
Kontrast rənglərin harmonik uzlaşması
Rəng çevrəsinin əks dörddə bir çərəklərində yerləşən rənglər kontrast rənglər
adlanır. Məsələn, göy-yaşıl rənglərə nəzərən bütün qırmızı-sarı (narıncı) rənglər kontrast
rənglərdir.