Bundan sonra çoxlu sayda digər rəng sistemləri meydana gəlmişdir. Bunlardan ən əlverişlisi V.M.Şuqayevin hazırladığı rənglər dairəsidir (Şəkil 3.1). Öz sisteminin əsasında üç rəngi - göy, sarı və qırmızı rəngləri yerləşdirən Nyutondan fərqli olaraq, dörd əsas rəngə üstünlük verən Şuqayev öz triadasına yaşıl rəngi də əlavə etmişdir.
Yaşıl rəng sarı ilə göyün qarışığından törəmə rəng olsa da, öz "valideynlərinə" nəzərən tamamilə neytral rəng kimi qavranılır. Beləliklə, dörd rəngi (göy, sarı, qırmızı və yaşıl) əsas rənglər kimi müəyyən edən Şuqayev onları dairədə qarşılıqlı perpendikulyar diametrlərin qurtaracaqlarında yerləşdirmişdir.
Dördlükdə əsas rənglər arasında dörd qrupu təşkil edən aralıq rənglər yerləşdirilmişdir:
Hazırda kompozisiyanın kolorit baxımından həllinin axtarışında rənglərin harmonik uzlaşması nəzəriyyəsi əsas kimi götürülür. Bu nəzəriyyə Şuqayevin rənglər çevrəsinə söykənir.
Cəmi dörd rənglərin harmonik uzlaşması qrupu mövcuddur: