XIX əsrdən etibarən Azərbaycan milli geyimlərinin get-gedə dəyişməsi və sıradan çıxması başlanır. XIX əsrdə Azərbaycanın Rusiya ilə birləşməsi gündən-günə öz simasını itirmiş milli geyimlərlə, Rusiyadan gətirilmiş ucuz parça və ondan tikilən geyimlərlə əvəz olunurdu. Bu yeni sadə biçimli, bəzəksiz paltarlar getdikcə məişətə daxil olub, tədricən rayonlara, oradan da kəndlərə yayılaraq bütünlükdə milli geyimin sıradan çıxmasına səbəb oldu.