Folklor üslublu geyim adətən rahatlığı ilə seçilir, bu geyimdə insan özünü sərbəst, rahat, azad hiss edir. 0, müasir şəhər sakininə çox müyəssər olmayan təbiətə yaxınlığı nəzərdə tutur. Bu keyfiyyətlər həmin geyimdən bağda, dəniz kurortunda, qış dağ turbazasında sərbəst istirahət şəraitində istifadə etməyi nəzərdə tutur.
Folklor üslublu geyimi gənclər xüsusilə çox sevirlər. Etnik üslub XX əsrin əvvəlindən xalq milli mədəniyyətinə ümumi marağın artdığı dövrdə və bununla yanaşı, xalq sənətini öyrənməyin, qoruyub saxlamağın, onun ən yaxşı nümunələrini muzeylərdə saxlamağın vacibliyinin başa düşüldüyü müasir dəbdə bərqərar olmağa başlamışdır. 60-cı illərin əvvəlində öz geyimlərinə milli kostyumların elementlərini daxil edən hippilərin sayəsində folklor üslubu daha geniş yayılmağa başlayır. 0, vaxtdan bu üslub dəbdə öz lider mövqeyini əldən vermir.
Müxtəlif vaxtlarda dizaynerlər dünyanın müxtəlif regionlarının ənənəvi kostyumlarına müraciət etmişlər: bunlar həm rus kostyumu, həm Amerika hindlilərinin kostyumu, həm Ucqar Şimal, budda, Şərq, Şimali Afrika və s. xalqların geyimidir.
Müasir kostyumun öz ilkin mənbəyinə yaxınlığı dərəcəsini dizaynerlərin özü seçir. Lakin yadda saxlamaq vacibdir ki, etnik üslubda hazırlanmış müasir geyim heç bir vəchlə xalq kostyumunun surətinə çevrilməməlidir. Yaradıcılıq mənbəyilə assosiativ əlaqə nə qədər incə və zərifdirsə, müasir dizaynerin yaratdığı kostyum da bir o qədər təkmilləşmiş və harmonik olar.
Şəkil 2.22-2.25-də folklor üslubunda işlənmiş kostyumun tipik nümunəsi təsvir edilir. Onun üçün obraz mənbəyi Cənubi Amerika milli kostyumudur.