Maraqlıdır ki, bu tarixi dövrdə insan cəmiyyətinin diferensiasiyasının ardınca geyimin də müxtəlif əlamətlərə - cins, sosial, əmlak əlamətlərinə görə bölünməsi baş verir. Beləliklə, artıq özünün ən erkən mərhələsində kostyum insanın ictimai həyatında baş verən bütün dəyişiklikləri əks etdirir.
Daha da mürəkkəbləşərək geyim əvvəllər ona xas olmayan yeni əhəmiyyət kəsb etməyə başlayır. İndi o, nəinki insanı müdafiə edir və onu öz tayfa üzvlərinin cəmiyyətdəki vəziyyəti barədə məlumatlandırır, həmçinin ibtidai insanın gözəllik tələbatını ödəməyə, yəni estetik rolu oynamağa başlayır.
İbtidai "dərzi" onu əhatə edən təbiətin gözəlliyini öz kostyumuna keçirməyə çalışır - onu artıq sadəcə geyimi hazırlamaq qane etmir, həm də onu əcaib formada və ustalıqla bəzəməyə səy göstərir.
Beləliklə, insan geyimi təbiətin xoşagəlməz təsirindən qorunmaq vasitəsi kimi kəşf etdiyi andan onun geyimin estetik və üslub rolu barədə düşüncələrə dalmasından o qədər də çox vaxt keçməyib. Kostyum bəşəriyyətin bilavasitə öz bədii dünyagörüşünü daha çox ifadə etdiyi obyekt olmuşdur.
Artıq ibtidai cəmiyyətdə geyim yalnız praktik vəzifələri səliqə ilə yerinə yetirən məişət predmeti olur. Kostyum dekorativ tətbiqi sənət əsərinə çevrilir. İlk dəfə olaraq uzaq neolit dövründə meydana gəlmiş öz zahiri görünüşünü kostyum vasitəsilə yaxşılaşdırmaq meyli özünün sonrakı inkişafını sivilizasiyanın tarixinin sonrakı mərhələlərində tapır.
► Folklor üslub
Folklor üslubu etnik üslub kimi də qəbul olunub. Folklor üsluba mənsub olan müasir geyim müxtəlif xalqların və epoxaların milli kostyumlarının ruhunda hazırlanır və onlardan əsas cəhətləri - sadəliyi və biçim rasionallığını, rahatlığı və forma funksionallığını, çoxqatlılığı, yüksək dekorativliyi götürürlər. Etnik üslublu kostyum xalq geyimi üçün səciyyəvi olan aksessuarlardan - parlaq bijuteriyalardan, şərf və yaylıqlardan, kəmərlərdən, müxtəlif baş geyimlərin və ayaqqabılardan, toxunma corabın istifadə olunmasını nəzərdə tutur (Şəkil 2.21). |