2.4. Milli geyimlərin eskizini hazırlayır.
► Geyimin meydana gəlmə tarixi
Arxeoloji qazıntıların materialları göstərir ki, geyimin ən sadə növləri hələ son paleolit dövründə meydana gəlmişdir. Arxeoloq alimlərin tapdıqları nəticəsində ibtidai insanların məişət predmetləri içərisində heyvanların dərisinin emalı üçün daş ərsin və sümükdən tikiş iynələri aşkar edilmişdir.
Geyimin hazırlanması üçün ilkin materiallar kimi əllərinin altında olanlardan - ot, bitkilərin yarpaqları, hətta ağac qabıqlarından istifadə olunurdu.
Sonralar, insan ovçu olandan öz geyimlərini öldürdüyü heyvanların dərisindən düzəltməyə başlayır. 0 dövrdə baş geyimləri üçün xammal da az "ekzotik" olmamışdır: deşilmiş qabaq, kokos qozlarının qabığı, tısbağanın qını və s.
Beləliklə, paleolit dövrünün insanları yalnız təbiətin verdiklərindən və demək olar ki, emalına ehtiyac olmayan materiallardan istifadə edə bilirdilər. Təbii ki, belə geyim çox primitiv olduğundan nə cins, nə də sosial əlamətlərinə görə seçilmirdi. İnsan sivilizasiyasının bu təkamülü dövründə kostyum yalnız insanın bədənini müxtəlif təsirlərindən qoruyan örtük rolunu oynamağa başlayır.
İnsan tərəfindən geyimlərin növlərinin inkişaf etdirilməsi prosesində keyfiyyət sıçrayışı neolit dövründə özünü göstərir. Məhz həmin dövrdə əyirmə və toxuculuq, yəni iplik və parça istehsalı kəşf edilmişdir. İlkin olaraq insan bu məqsədlə vəhşi bitkilərin liflərindən istifadə etməyi öyrənməyə başlayır.
Sonradan oturaq maldarlığa və əkinçiliyə keçid parçanın hazırlanmasının təkmilləş- dirilməsinə imkan vermişdir. Həmin dövrdən onlar xammal kimi ev heyvanlarının - qoyunların, keçilərin yunundan istifadə etməyə başlayırlar. Bundan əlavə, mədəni bitkilərin - kətanın, çətənənin, pambığın liflərindən istifadə olunurdu. Tədricən geyimin hazırlanmasında parça əsas materiala çevrilir.
"Kostyum" materiallarının təkmilləşdirilməsi prosesi, təbii ki, kostyumun özünün də inkişafına kömək etmişdir. Qəribə görünsə də, neolit dövründə hələ bu gün də mövcud olan və aktuallığını itirməyən geyim tiplərinin təşəkkülü başlamışdır.
Əvvəlcə parçanın bilavasitə insanın fiquruna yapışdırılmış bütöv tikəsindən ibarət süni geyim meydana gəlmişdir.
Geyimin daha son tipi - pərdəli geyimdir. Pərdəli geyim başdan geyilirdi və ya qabaqdan yuxarıdan aşağıyadək kəsimi olan paltar idi.
Neolit dövründə ibtidai insanlar ilk dəfə olaraq ayaqqabıdan istifadə etməyə başlamışlar, o, olduğu kimi geyimə aid olmasa da, geyimin əsas aksessuarı [əlavəsi] olmuşdur. İlk ayaqqabı, əlbəttə, çox primitiv idi, o, ya sandal, ya da sadəcə ayağa bürünmüş heyvan dərisinin tikəsi idi.