Ləkə fakturaları - belə halda xətt öz müstəqillik əhəmiyyətini itirir və yalnız qonşu ləkələri ayıran sərhədə çevrilir, belə fakturanın obrazlılığı tamamilə ləkənin xarakterindən asılıdır - o, düz, yaxud əyri xətlərdən yaranıb, düzgün həndəsi fiqurdurmu, yaxud sərbəst konfiqurasiyadırmı; belə fakturalar çox aktiv səslənir, onlar sərt və kontrastdırlar, ağır və çıxıntı kimi qavranırlar. Fakturanın bu növü daha çox eskiz qrafikasında istifadə olunur, çünki təsvir edilən səthin dekorativliyini və maddiliyini dolğun şəkildə verə bilir; fakturada xətlərin üstünlük təşkil etməsindən və ləkələrin fəallığından asılı olaraq, müxtəlif emosional rənglər almaq olar.
Qara - ağ eskizin işlənməsi zamanı bu və ya digər qrafik fakturanın seçilməsi kostyumun təsvir edilmiş obrazından və onun tikildiyi materialın keyfiyyətindən asılıdır.