Ləkənin qavranılmasının obrazlılığı, emosional xarakteri bu ləkəni yaradan xətlərin xarakterindən birbaşa asılıdır. Məsələn, əgər ləkələr düz vertikal və üfüqi xətlərdən yaranıbsa, dayanıqlı, statik qavranılır, əgər xətti dəyişən radiuslu əyri ilə qapasaq, dinamik ləkə əmələ gələr (Şəkil 2.18-2.20) Nöqtə, xətt və ləkə - istənilən təsviri yaratmağa kömək edən qrafik elementlərdir. |
Eskiz qrafikasında "qrafik faktura" anlayışı da mövcuddur. Bu, təsviri vərəqin səthinin müxtəlif qrafik işarələrlə doldurulması vasitəsini bildirir. Predmetlərin vizual və taktil (əl ilə yoxlamaq) hiss edilən real fakturalarından fərqli olaraq, qrafikada fakturaların fərqi barədə yalnız xəyali mənada danışmaq olar, ona görə ki, müxtəlif vasitələrlə doldurulmuş qrafik vərəqin səthi fiziki cəhətdən yekcins olaraq qalır.
Rəsmin və onun elementlərinin təsviri vasitəsinə görə qrafik fakturalar belə bölünürlər:
Linear fakturalar - belə halda təsviri yaradarkən yalnız nöqtələr, yaxud xətlərdən istifadə olunur; xətlər müxtəlif yoğunluqda, müxtəlif xarakterli şəkildə və maililikdə olurlar; xətlər nə qədər qalındırsa, rəsm bir o qədər tünd alınır, ona görə də xətlərin qalınlığını müxtəlif