Təbii ki, tikiş məmulatlarının hər bir bölgüsünün öz xüsusiyyətləri və tələbləri var ki, bunlar da onların müəyyən funksiyalarının prioritetində, müxtəlif keyfiyyət göstəricilərinin əhəmiyyətində, modellərin bədii səviyyəsində və dəbin istiqamətlərinin uyğunluğunda və s. özünü göstərir. Öz növbəsində bütün bu tələblər məmulatın istehsal vasitələri seçimini müəyyən edir.