Tikiş məmulatlarının assortimentində məişət geyimləri aparıcı yer tutur, o, ən çox
müxtəlifliyi ilə seçilir. Öz növbəsində istismar şəraitindən asılı olaraq, məişət geyimləri
aşağıdakı alt siniflərə bölünür:
- Üst məmulatları - pencəklər, jaketlər, palto, plaşlar, gödəkcələr və ilin sərin
vaxtında geyinmək üçün nəzərdə tutulan digər geyim növləri;
- Yüngül məmulatlar - paltarlar, köynəklər, yubkalar, şalvarlar və s., yəni isti
vaxtlarında, ya da üst məmulatlarla geyilən geyim növləri;
- Alt məmulatlar - birbaşa bədənə geyilən geyim növləri, yəni alt paltarı, gecə
köynəkləri, pijama və s. aiddir.
- Korset məmulatları - bədənə müəyyən parametrlər və forma verməyə kömək
edən geyim növləri, bunlara büstqalterlər, incəlik verən korsetlər və s. aiddir;
- Baş geyimləri - aksessuarlar, yəni geyimə əlavə edilən tikiş məmulatlarının
xüsusi növü aiddir.
Şəkil 2.13. İş geyimi - Stüardessa geyiminin eskizi
Predmet ümumiliyinə görə bütün geyimlər bu qruplara bölünür - palto geyimləri,
paltar geyimləri, şalvar geyimləri və s.
Mövsümü əlamətlərə görə geyim bu növlərə bölünür - qış, demisezon, yay,
mövsümdən kənar, yəni ilin fəsillərindən asılı olmayaraq geyilən geyimlər.
Təyinatı baxımından geyimi tiplərinə görə fərqləndirirlər - ziyafət geyimi, gündəlik,
ev paltarı, idman, məişət geyimləri (məşq zamanı idmançıların xüsusi geyimi ilə
qarışdırılmamalıdır).