Modelin eskizinin hazırlanması
Səhnə, yaxud teatr geyimi - artistlərin səhnədə, yaxud teatr tamaşalarında çıxışları üçün hazırlanır (Şəkil 2.10-2.12);
İş geyimi - müəyyən işlərin yerinə yetirilməsi üçün müxtəlif peşə adamlarının geyinməsi nəzərdə tutulan xüsusi geyimdir (Şəkil 2.13);
Formalı geyim - öz xidməti borclarını icra edərkən uniformanı geyməyi nəzərdə tutan peşə adamlarının geyimidir;
İdman-məşq geyimi - idmançıların məşq və yarışlar zamanı geyinməsini nəzərdə tutan və onların rahat hərəkətinə imkan yaradan geyimdir (Şəkil 2.9);
Məişət geyimi - müxtəlif həyat vəziyyətlərində geymək üçün istifadə olunur (Şəkil 2.14).
Şəkil 2.8.
Rəqs geyimin eskizi
Şəkil 2.9.
İdman-məşq geyimin eskizi
Şəkil 2.10.
Səhnə geyimin eskizi