2.2. Müxtəlif formada geyimlərin eskizini çəkir.
► Geyimin funksiyaları
Geyim - insanın öz bədəninə ətraf mühitin müxtəlif təsirlərindən - istər isti, istərsə də soyuq, rütubət, toz və s. olsun - müdafiə üçün geydiyi məmulatlar məcmuəsidir. Bu məmulatlar müxtəlif bitki, heyvan, tikiş materiallarından, yaxud süni parçadan, dəridən və s. hazırlanır.
Geyimin əsas təyinatı qoruyucu funksiyasıdır. O, bu geyimi geyən insanın rahatlığını, orqanizminin sağlam vəziyyətini təmin etməlidir. Bu funksiya əvvəlkilərdən xeyli əvvəl yaranmış və insanların mövcudluğunun obyektiv şəraiti ilə şərtlənmişdir.
Öz bədənini qorumaq üçün insan həmişə əlinin altında olan materiala - yarpaqlara və otlara bürünmüşdür. Ovçu olandan sonra ibtidai insan geyim yaratmaq üçün öldürülmüş heyvanların dərisini öz tələbatına uyğunlaşdırmağa başlayır. Sonralar o, toxuculuğu kəşf edir ki, bu da yeni geyim formalarının inkişafında əsl sıçrayış əmələ gətirir.
Artıq ibtidai cəmiyyətdə din meydana gəlir, yəni insanların taleyini idarə edən hansısa ali qüvvələr haqqında təsəvvürlər yaranır. Xeyirxah qüvvələri özünə cəlb etmək və şər qüvvələrin təsirindən müdafiə olunmaq üçün insanlar kult və məişət predmetlərini, o cümlədən geyimi, xüsusi magik ornamentlərlə bəzəməyə başlayırlar.
Kostyumda ornamentin rəsmi və onun yerləşdirilməsi dəqiq olaraq ənənə ilə şərtlərnir və dərin mistik məna daşıyırdı. Geyim, həm də özünəməxsus qoruyucu olurdu. Bu onun ikinci funksiyasını - dini-mistik funksiyasını müəyyənləşdirirdi.
Lakin geyimi örtən dekor başqa bir məna da kəsb edirdi. O, kostyumu bəzəyir, onu daha yaraşıqlı edərək, bununla insanın gözəlliyə olan tələbini ödəyirdi. Bu isə geyimin estetik funksiyasıdır.
Sonralar bir-birinin ardınca gələn tarixi epoxalarda, cəmiyyətin bütün maddi mədəniyyətinin müxtəlif bədii üslublarla müəyyənləşdiyi bir vaxtda insanların şüurunda fərdin zahiri görünüşünün müxtəlif estetik idealları, harmoniya haqqında təsəvvürlər formalaşır.
Kostyumun sayəsində insanın zahiri görünüşü bəzən qəribə, təbiilikdən uzaq görkəm alırdı. Həcmi böyüdən və saxlayan karkasların, bədəni sıxan və zahirən dəyişdirən korsetlərin və digər düzəldilmələrin sayəsində müxtəlif geyim formaları meydana gəlirdi. Müasirlərin ideal fiqur barədə təsəvvürlərinə uyğun kostyum silueti belə formalaşırdı.
Cəmiyyətdə siniflərə bölünmənin meydana gəlməsi ilə insanın bu və ya digər sinfə, yaxud peşə qrupuna mənsubluğunu müəyyən edən geyimin sosial funksiyası təşəkkül tapmağa başlayır. Sinfi cəmiyyətin müxtəlif inkişaf mərhələlərində müxtəlif sosial təbəqələrin nümayəndələrinin geyimi formaca eyni idi, yalnız parçanın keyfiyyəti və bəzəmələrin zənginliyi ilə fərqlənirdi. Qotik dövrdən başlayaraq müxtəlif siniflərə mənsub insanların kostyumu artıq xeyli fərqlənirdi. Sinfi mənsubluqdan asılı olaraq, hətta sərt şərtlər