kəskin sərhəd qavranılır. Nüans nisbətində
isə həmişə bozun dərəcəliliyi vasitəsilə
ardıcıl olaraq ağdan qaraya keçid mövcuddur.
Əgər kompozisiyada elementlərin formasına, fakturasına, rənginə və başqa xüsusiyyətlərinə görə tam oxşarlıq varsa, onda söhbət eyniyyətdən gedir. Kontrastı, nüansı və eyniyyəti kompozisiyanın ifadəlilik vasitəsi kimi seçərkən dizayner bir çox faktorları - predmetin funksiyasını, onun konstruksiyasını, obrazlı həllini rəhbər tutur. Bir kompozisiyada eyni zamanda həm kontrast, həm nüans, həm də eyniyyət mövcud ola bilər. Məsələn, əgər kompozisiya mərkəzini ayırıb və ona yerdə qalan elementləri tabe etdirmək lazım gələrsə, başlıca element öz növbəsində öz aralarında nüans, yaxud hətta eyniyyət münasibətlərində olan ikinci dərəcəli elementlərə kontrast olmalıdır. Kostyum kompozisiyasında kontrast, yaxud nüans barədə qərar həmişə kostyumun təyinatından və ümumi bədii ideyasından asılıdır, deməli, müəllifin tamaşaçıya və lahiyələndirilən geyimin gələcək yiyəsinə vermək istədiyi ovqatdan asılıdır. Kontrast kompozisiyası daha fəaldır ona görə ki, iki başlanğıcın toqquşması formaya ifadəlilik verir, ona nəzəri daha çox cəlb etdirir, adilikdən fərqləndirir. Ona görə də kompozisiyası kontrasta əsaslanan kostyum həmişə qeyri-adidir, orijinaldır və yalnız bir məqsəd güldür - onun yiyəsini fərqləndirsin. Nüans isə kompozisiya vasitələri içərisində ən incəsi, zərifidir. Nüans münasibəti! elementləri olan kostyum gözə çarpmır, onun estetik üstünlükləri o saat açılmır, diqqətlə nəzərdən keçirməyi vacib sayır. Nüans çox zaman zərifliyə nail olmağın başlıca vasitəsi kimi çıxış edir. |