Simmetrik kostyumun kompozisiyasını aksessuarların istifadəsi ilə asan şəkildə daha aktiv və dinamik etmək olar. Asimmetrik sarınmış yaylıq, yaxud şərf, çanta - bütün bu detallar onların daşınması manerası sayəsində simmetrik kostyumun yeknəsəqliyini pozur və kompozisiyada vurğuya çevrilir.
Praktik funksiyasının estetik funksiya üzərində üstünlük təşkil etdiyi gündəlik məişət geyimi daha çox simmetrik kompozisiyaya malikdir. Bu, onunla bağlıdır ki, kompozisiyanın asimmetrik həlli nəinki kostyumun layihələndirilməsini, həm də çox zaman ondan praktik istifadəni də çətinləşdirir.