Modelin eskizinin hazırlanması
Tələbələr üçün fəaliyyətlər
-
Kişi və qadın fiqurunun proporsiyalarının eskizlərini qurun. Rəsmləri lövhədə
asaraq müzakirə edin. Aparıcı geyim siluetlərini qeyd edin.
- Müxtəlif formada qadın fiqurunun eskizini qurun. Tamamlanmış eskizləri
auditoriyada müzakirə edin.
- Sinifdə hər bir tələbə insan skeletinin müxtəlif görünüşdə A3 formatında vərəqdə
eskizini qursun. Eskizi ştrixləyin və tamamlayın. Tamamlanmış eskizləri
molbertlərə qoyaraq auditoriyada müzakirə edin.
- İki qrupa bölünün. Hər qrup A3 formatında vərəqdə müxtəlif boy qadın siluetinin
eskizini qursun. Qurulmuş eskizləri ştrixləyin və tamamlayın. Planşetlərə asaraq
auditoriyada müzakirə edin.
- Altı qrupa bölünün. Hər qrupa ardıcıllıq olaraq altı aparıcı geyim siluet formaları
olan düz siluet, trapez görkəmli siluet, yarıyapışqan siluet, yapışan siluet, siluet-X,
qum saatı silueti təqdim edilir. Müəllim tərəfindən verilmiş vaxt ərzində təqdim
edilmiş siluet formalarını istifadə edərək geyim eskizini layihələndirin.
- Beş qrupa bölünün. Hər bir qrup müxtəlif ayaqüstə insan fiqurlarının eskizlərinin
çəkilmə ardıcıllığını layihələndirsin və təqdimat hazırlasın. Dərsdə təqdimatları
nümayiş etdirin və təhlil edin.
- İki qrupa bölünün. Hər qrup ayrılıqda konstruktiv qurşaqlar haqqında təqdimat
hazırlasın. Dərsdə auditoriyada təqdimatları nümayiş etdirin və müzakirə edin.
- Sinifdə hər bir tələbə müxtəlif stilizə olunmuş fiqurun təsviri ilə kostyumun
eskizini layihələndirsin. Qurulmuş kostyum eskizlərini ştrixləyin, rəngləyin və
tamamlayın. Tamamlanmış eskiz layihələrini planşetlərə asaraq auditoriyada
nümayiş etdirin və təhlil edin.