Modelin eskizinin hazırlanması
- Böyük döş əzələsinin xəttindən göbəyə qədər olan nahiyə yenə də başın bir dəfə hündürlüyünə
uyğundur.
- Göbəkdən keçirilən xətt ilə qasıq qövsündən keçirilən xətt arasındakı nahiyə başın bir dəfə
hündürlüyünə bərabərdir.
- Gövdənin arxa tərəfdən frontal nisbətləri isə belə bölünür
- Kürək sümüklərinin yuxarı kənarından keçirilən xətt ilə kürək sümüklərinin aşağı
nöqtələrindən keçirilən xətt arasındakı nahiyə başın bir dəfə hündürlüyünə bərabərdir.
- Kürək sümüklərinin aşağı nöqtələrindən qarnın xarici çəp əzələsinin orta səviyyəsindən
keçirilən xəttə qədər uyğun olan məsafə (qeyd etmək lazımdır ki, bu xətt ön tərəfdən
göbəkdən keçirilən xəttin səviyyəsinə uyğundur) yenə başın bir dəfə hündürlüyünə bərabərdir.
- Qarnın xarici çəp əzələsinin orta səviyyəsindən onurğanın axırına və ya büzdümə (qasıq
qövsünün arxa hissəsi) qədər olan məsafə yenə də başın bir dəfə hündürlüyünə bərabərdir və
büzdümdən böyük sağrı əzələlərinin aşağı kənarına qədər olan məsafə başın hündürlüyünün
yarısını təşkil edir.