Sonra formanın kiçik hissələri - yaxalıq, qol siluetinin ümumi kütləsi ilə tutuşdurulur. Sonrakı proporsiyalandırma formanın onun detallara görə bölgüsünü müəyyən edən üfüqi və diaqonal xətləri vasitəsilə təşkili yolu ilə gedir.
Müxtəlif elementlərin proporsional nisbətlərinin düzgün seçimi kostyumu və həmin kostyumu geymiş insanın fiqurunu başa düşmək mühüm əhəmiyyət kəsb edir. Kostyumun hissələrinin və elementlərinin uyğunluğu və uğurlu təşkili insanın fiquruna cazibədarlıq verməyə, xarici görünüşün bəzi qüsurlarının örtülməsinə kömək edir.
Bundan əlavə, bədii-layihə yaradıcılığında proporsiyalandırmadan geyimin çıxış formasının modifikasiya axtarışları üçün vasitə kimi istifadə olunur. Formanın ayrı-ayrı ölçülərinin və onun fraqmentlərinin proporsional nisbətini dəyişməklə onun tamamilə yeni obrazlı ahənginə nail olmaq mümkündür.
Kostyumun formasının modifikasiyası onun sonrakı inkişafına, başqa çalarla digər formaya keçidinə gətirib çıxarır. Beləliklə, proporsiyalandırma formayaranmanın aktiv hərəkət edən vasitəsinə çevrilir. Bu proses dəb deyilən fenomenin mahiyyətini təşkil edir.