Antik dövrdə yeni sistemlər yaranmışdı. Kvadrat proporsiyalandırma əsas olaraq qalmışdı, lakin modul sistemi ilə yanaşı, qədim yunanlılar "qızıl kəsik"dən fəal istifadə etmişlər. Bu proporsiyalar sistemini Qədim Yunanıstanın rəssamları kəşf etmişlər. İntibah dövrünün məşhur rəssamı, memarı, ixtiraçısı və musiqiçisi Leanardo da Vinçi "qızıl kəsik", yaxud "qızıl proporsiya" terminini ilk dəfə işlətmişdir.
"Qızıl kəsik" irrasional nisbətdir. Bu proporsiyanın mahiyyəti bundan ibarətdir: iki kəmiyyətin cəmi böyük kəmiyyətə nisbəti, böyük kəmiyyətin kiçik kəmiyyətə nisbəti kimidir. Əgər AB kəsiyini "qızıl kəsik" prinsipi üzrə iki hissəyə bölsək, onda AB:AC=AC:CB alınar. Bütün kəsiyi vahid kimi götürsək, bu hissələrin nisbətini rəqəmlə təxminən belə ifadə etmək olar: 0,618:0,382.
Bütöv rəqəmlərdə "qızıl kəsik" təqribən 5:3, 8:5,13:8, 21:13 və s. kimi ifadə olunur. Bu zaman rəqəmlər artdıqca daha dəqiq ifadə alınır.
"Qızıl kəsik" prinsipini həm incəsənətdə, həm də təbiətdə müşahidə etmək olar. Bu proporsiya, həm də insanın bədən quruluşunun əsasında yerləşir. Bunun öyrənilməsinə xüsusilə diqqət yetirilməlidir, çünki geyimin öz kompozisiya həlli həmişə insanın fiqurundan asılıdır (Şəkil 1.10-1.11). Bütün zamanlarda insan bədəni dəb stilizasiyasının obyekti olmuşdur, yəni təbii proporsiyalar bilərəkdən təhrif edilmişdir ki, onu dövrün estetik idealına yaxınlaşdırsınlar. İnsan bədəninin stilizasiyasının ən əlçatan vasitəsi geyimdir. Geyimin formasını insan fiquru və müasirlərimizin onun proporsiyasının gözəlliyi barədə təsəvvürləri müəyyən etdiyi üçün dəbli kostyumu lahiyələndirərkən əsas kostyum |
Lakin bu, heç də hər bir hazırlanılan kostyumda harmonik proporsiyaların yeni variantlarının axtarışını istisna etmir. Kostyumun ümumi kompozisiyası üzərində ümumi iş onun siluetinin müəyyən edilməsindən başlayır. Geyimin hazırlanması üçün yaradıcı ideyadan və istifadə olunan materialların plastik xüsusiyyətlərindən asılı olaraq, dizayner yumşaq, yaxud sərt forma seçir və onu iri hissələrə - kofta və ətəyə (yaxud şalvara) bölür, bu hissələrin kəmiyyət nisbəti, həmçinin məmulatın uzunluğunun onun eninə nisbəti bütün kostyumun proporsional quruluşunun əsasıdır.