► Proporsiya
Məmulatı layihələndirən zaman onun harmonik görünüşünü almaq üçün istifadə olunan vasitə proporsiyadır.
Proporsiya sözünü dövriyyəyə hələ e.ə. I əsrdə Siseron daxil etmişdir. 0, əslində Platonun hərfən "nisbəti" bildirən "analogiya" terminini latın dilində tərcümə etmişdir.
Kompozisiya üzərində iş zamanı proporsiyalandırma bütövlə onun hissələri arasında, həmçinin hissələr arasında birbirinə nəzərən mövcud olmalı harmonik nisbəti müəyyən edən başlıca tənzimləmə vasitəsidir. Başqa sözlə, proporsiya bütövün daxilində onun tərkib hissələrini birləşdirən və bir ölçüdən digərinə hərəkətini təmin edən əlaqədir. Proporsiyalar hesab, rasional, həndəsi, yaxud irrasional olurlar. Hesab retorsiyaları bütöv rəqəmlərin əlaqəsi və nisbətidir. Rasional nisbətlər hər bir kəmiyyətdə bütöv rəqəmin yerləşdiyi modulları göstərir. Hesab rasional proporsiyalar hissələrin bütövə tabeçiliyini aydın bildirilməsi lazım gəldikdə kompozisiyaya tətbiq edilir (Şəkil 1.9). |
Həndəsi, yaxud irrasional proporsiyalara sıra düzülüşünə görə həndəsi qanunauyğunluğa əsaslanan nisbətlər aiddir. Belə proporsiyalara nümunə kimi kvadratın tərəfinin onun diaqonalına olan nisbəti, yaxud bərabəryanlı üçbucağın oturacağının yarısının onun hündürlüyünə olan nisbətini və s. göstərmək olar.
Çox illər bundan əvvəl proporsiyada gözəlliyin obyektiv əsasını görmüşlər. Bir çox görkəmli rəssamlar, memarlar, filosoflar, riyaziyyatçı alimlər harmoniyanın əsasında yerləşən proporsiylandırma qanunlarını kəşf etməyə çalışmışlar.
İncəsənətin erkən inkişafı mərhələlərində proporsiya qurmağın müxtəlif üsullarından istifadə olunmuşdur. Belə ki, məsələn, Qədim Misir incəsənətində memarlıq və heykəltəraşlıq əsərləri kvadratlar cədvəlinin köməyi ilə yaradılırdı. Hər bir belə kvadrat modul idi, yəni bütövə və onun hissələrinə mütənasiblik vermək üçün ölçülərin dəfəlik nisbətini ifadə etmək məqsədilə tətbiq edilən kəmiyyət idi.