"Qum saatı" siluetli məmulatlar kiçik örtən lifə və dar ətəyə malikdir. Burada lifin kiçik həcmi ətəyin həcmi ilə nisbət təşkil edərək bel xətti ilə bölünür. Bu "Siluet - X" kimi aktiv deyil və daha çox hündür olmayan qamətli qadınlara yaraşır, onların incəliyinə nəzəri cəlb etdirir.
Yuxarıda təsvir olunan siluet formalarından daha nadir hallarda "oval" siluetinə də rast gəlinir. Əslində o, düz siluetin modifikasiyasıdır, lakin sonuncudan fərqli olaraq, çiynin forması girdədir və məmulatın aşağı xətti daralmışdır. Beləliklə, oval siluetli geyimin ən geniş hissəsi bel və bud nahiyəsidir.
Çiyin xəttinin girdələnməsinə müxtəlif üsullarla nail olmaq mümkündür - müəyyən formalı detallardan istifadə (məsələn, iri, hündür yaxalıq, yaxud enli stoyka yaxalıq) etməklə, məmulatın konstruksiyası (məsələn, reqlan, yaxud yarıreqlan biçimli) sayəsində. Belə siluetli geyimdə çiyin astarları ya heç tətbiq edilmir, ya da sonuncular girdə formaya malik olur.
Aşağıya doğru daraltmanı konstruktiv detallar, məsələn, qarsaq, yaxud tikilmiş kəmər, yaxud məmulatların aşağısını ip, ya da rezinlə daraltmaq hesabına əldə etmək mümkündür. "Oval" siluetli geyim hündür olmayan qadınlara məsləhət görülmür, çünki vizual olaraq o, fiquru kiçildir.
Burada nəzərdən keçirilən müasir geyimin əsas siluet formaları 1.8-ci şəkildə təqdim edilir.
Bu siluetlərin çərçivəsində onların müxtəlif modifikasiyaları mümkündür (Şəkil 1.8). Məsələn, geyim daralmaqla və uzadılmaqla daha dinamik formanı yarada bilər. Yaxud əksinə, məmulatın uzunluğunu qısaltmaqla və onun üfüqi proporsiyalarını